Lena çayı

coğ. Léna f

Leman gölü
lent
OBASTAN VİKİ
Lena çayı
Lena çayı (saxa Өлүөнэ, bur. Зγлхэ) — Rusiyanın şimal-şərqindən axan və Laptevlər dənizinin ən iri çayı. Dünyada uzunluğuna görə doqquzuncu çayıdır. Çay İrkutsk vilayəti və Saxa ərazisindən axır. Çaya daxil bəzi qollar Zabaykal diyarı, Krasnoyarsk diyarı, Xabarovsk diyarı, Buryatiya və Amur vilayəti ərazisindən keçir. Lena bütünlüklə Rusiyanın ərazisində formalaşan ən iri çayıdır. Donması tərs istiqamətdə baş verir. Belə ki, birinci mənsəbi donur. == Adı == Belə ehtimal vardır ki, Lena sözü Evenk dilində "Elyo-Ene" yəni "Böyük çay" anlamını verir. Əraziyə gələn ilk açılışcılardan olan Pyanda 1619–1623-cü illərdə bölgədə olarkən yerlilər tərəfindən çayın adını Elyoene olduğunu qeyd etmişdir.
Lena
Lena (ad) — qadın adı. Lena çayı — Rusiyada çay. Lena dirəkləri — Lena çayı sahilində yerləşən təbiət abidəsi. Lena (kommuna) — kommuna.
Lena (kommuna)
Lena (fr. Lenax) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03142. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 45 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 67.9%, 1999-cu ildə 65.6%). Fəal olan 95 nəfərdən 90 nəfər (56 kişi və 34 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. Fəal olmayan 45 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 26 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
Lena Qlaz
Lena Qlaz (ivr. ‏אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982). == Həyatı == 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür. Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub. Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Lena Glaz.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Lena dirəkləri
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
Lena ulusu
Lena ulusu (saxa Лиэнскэй улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir. == Coğrafiyası == Respublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir. Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy. == Tarixi == Rayon 30 yanvar 1930-cu ildə yaranmışdır. == Əhalisi == Urbanizasiya Şəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır. == Yerli özünü idarəetmə == Lena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir.
Lena (ad)
Lena — qız adı. Əsasən Lena çayının adına görə qız uşaqlarına verilir. Lena Tolstova — Aktrisa. Lena Meyer-Landrut — alman müğənni.
Lena Şakirjan
Lena Qalimjanovna Şakirjan (tatar. Лена Галимҗан кызы Шакирҗан; 4 iyun 1945 – 16 yanvar 2017, Kazan) — Sovet və rus, tatar şairəsi, publisist, ədəbiyyatşünas. Tatarıstan Respublikasının xalq şairi (2016), Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (2011). 1945-ci ildə tatar müəllim ailəsində anadan olub. 1967-ci ildə Kazan Pedaqoji İnstitutunu bitirib, bir müddət məktəbdə müəllim işləyib. Sonra TASSR Mahnı və Rəqs Ansamblında müğənni olub. TASSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist-tərcüməçi işləyib. Uşaqlıqdan şeir yazıb, 1982-ci ildə ilk kitabını çap etdirib. 1984-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv olub.
Lena Meyer-Landrut
Lena Meyer-Landrut (23 may 1991) — alman müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "Satellite" mahnısı ilə təmsil etdi və bu mahnı ilə Almaniya qalib oldu. 2011 Avroviziya Mahnı Müsabiqəsində də o, Almaniyanı təmsil etdi.. == Həyatı == 1991-ci il mayın 23-də Hannoverdə doğulan Lena ailənin tək övladıdır. 5 yaşından rəqslə məşğul olub, müxtəlif teleseriallara çəkilib. Vokal təhsili yoxdur.
"Lena dirəkləri" təbii parkı
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
Ust-Lena Dövlət Təbiət Qoruğu
Ust-Lena Dövlət Təbiət Qoruğu — Lena çayı Deltasında və Xaraulax silsiləsinin şimal hissəsinin qərb yamacında, Saxa Respublikasının Bulun ulusunun ərazisində yerləşən təbiət qoruğu. 18 dekabr 1985-ci ildə təşkil edilmişdir. Qorunan ərazinin ümumi sahəsi 1.443.000 ha-dır (14.330 km²). Sahələrin sayı 2-dir. "Delta" (Arınskaya və Maçaa-Yuyose qolları arasındakı sahə) sahəsi 1300 min ha, "Sokol" (Xaraulax silsiləsinin şimal hissini tutur) sahəsi isə 133 min ha ərazini əhatə edir. Qoruğun ərazisinin çox hissəsi (13,000 km² və ya 91 %) Lena deltasının payına düşür və ümumi ərazisinin yalnız 9 % (1300 km²) Xaraulax dağlarının şimal qövslərini tutur. Tabeliyindəki ərazilər və mühafizə zonası: mühafizə zonasının sahəsi 1.050.000 ha-dir. Qoruğun iqlimi dəniz qütblüdür, çox sərtdir. Qar örtüyünün qalma müddəti 250–270 gündür. Qoruğun şimalında orta şaxtasız dövr 40 gün, cənub hissəsində 45 gündür.
Dəclə çayı
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Flay çayı
Flay (ing. Fly River) - Yeni Qvineya adasında bir çay.Çayın çox hissəsi Papua-Yeni Qvineyanın Qərb əyalətindən keçir (Flay bu ölkədə Sepikdən sonra ikinci ən uzun çaydır); çayın yalnız kiçik bir hissəsi İndoneziya ilə dövlət sərhədindədir. == Təsviri == Flay əsasən Qərb vilayətindən keçir, baxmayaraq ki, kiçik bir hissəsi Papua-Yeni Qvineya ilə İndoneziya Papua əyaləti arasındakı sərhədi təşkil edir. Bu hissə 141 ° E uzunluq xəttinin qərbindən bir qədər uzanır. Papua-Yeni Qvineya ərazisindəki bu cüzi qazancı kompensasiya etmək üçün,Flay çayının cənub sərhədi 141 ° E uzunluq xəttindən bir qədər şərqdədir. Bu müqavilənin bir hissəsi olaraq, İndoneziya Flay çayından naviqasiya üçün istifadə etmək hüququna malikdir. Flayın əsas qolları Striklend və Ok-Tedidir. Ağzına yaxın, Flay çayının axını gelgit burunu ilə qarşılaşır, daxil olan yüksək gelgit burunu gelgitin dəyişməsinə qədər suyu yuxarıya doğru itələyir. Bu gelgit burunun diapazonu hələ sənədsizdir.. == Delta == Flay çayının deltası giriş hissəsindən 100 km daha genişdir, lakin Kivai adasının yuxarı hissəsində cəmi 11 km genişdir.
Fındıqlı çayı
Fındıqlı — Gədəbəy rayonu ərazisində çay. == Toponimikası == Babacan (Becan, Bacanka da adlanır) çayının qoludur. Ruslar tərəfindən qeydə alınarkən Funduqlu, Fundullu kimi də yazılmışdır. Çay həmin rayonun ərazisindəki fındıqlı yeri adlı sahədən (Novosaratovka kəndi yaxınlığındadır) axdığı üçün belə adlandırılmışdır. XIX əsrdə çayın sahilində salınmış Novosaratovka yaşayış məntəqəsi də bir müddət Fındıqlı adı ilə tanınmışdır. Kəndin rus əhalisi bu yerə Orexovaya qora da deyir.
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hibiskus çayı
Hibiskus çayı — rozella (lat. Hibiscus sabdariffa) bitkisinin kasacıqlarından hazırlanan içki. Bu çay bütün dünyada həm soyuq, həm də isti olaraq içilir. Hibiskus çayının ağızbüzən turş dadı var. Şirinləşdirmək üçün ona şəkər və ya nabat əlavə edilir. Çay C vitamini və mineralları ilə zəngindir və xalq təbabətində ondan sidikqovucu kimi, ürək və sinir xəstəliklərinin, eləcə də xərçəngin müalicəsi üçün istifadə olunur. Afrikada, xüsusilə də Sahel bölgəsində bu bitkinin qurudulmuş güllərindən bitki mənşəli çay, Şərqi Afrikada isə "Sudan çayı" adı ilə öskürək sakitləşdirici məhlul hazırlanır. Bitkinin duz, istiot, çadıruşağı otu və doşab ilə qarışdırılaraq əldə olunan şirəsindən öd kisəsinin tədavisində istifadə olunur. Tailandda isə qandakı xolesterolun səviyyəsini azaltmaq üçün bu bitkidən hazırlanan çay içilir.
Jurua çayı
Jurua (port. Juruá) — Amazon çayı nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km, hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir. Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır.
Jurunea çayı
Jurunea çayı (Río Juruena) — Cənubi Amerikanın mərkəzində yerləşən çay. Braziliya ərazisindən axaraq Yapajos çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 960 km təşkil edir. Çay öz başlanğıcını Serra-dus-Paresis dağından başlayır və Braziliyanın az məskunlaşılmış öndağlıq ərazisindən axaraq şimala istiqamətlənir. Üzərində çoxlu sayda astana və şəlalələr vardır. Dekabrdan aprelədək gursululuq dövrüdür.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
Kampuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Ket çayı
Ket çayı — Sibir ərazisindən axan çay, Obun sağ qolu. == Coğrafiya == Uzunluğu - 1621 km, hövzəsinin sahəsi - 94,2 min km²-dir. Başlanğıcını Ob-Yenisey su ayrıcısından götürür. Qərbi Sibir düzənliyi boyunca, Krasnoyarsk diyarı və Tomsk vilayətinin ərazisindən axır. Orlovka çayının axınından əvvəl çay dolama olaraq axır. Aşağı axarlarda isə çoxlu kanallara bölünür. Ket Oba iki qola birləşir - Toqur Ket və Kopılov Keti. Orta illik axını 560 m³/s-dir. İldə 17.7 km³ su baxıdır. May-avqust aylarında gursululuq müşahidə olunur.